Adil Həbib oğlu Ağayev
Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Futbol üzrə Ümumittifaq dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi və Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Adil Ağayev 74 yaşında vəfat edib.

Adil Həbib oğlu Ağayev 1947-ci il mart ayının 24-də Bakı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

1975-1977-ci illərdə Bədən Tərbiyəsi və İdman Komitəsində, 1978-1980 və 1992-1995-ci illərdə Qaradağ Rayon Gənclər və İdman İdarəsində, 1980-1989–cu illərdə Səttarxan adına (keçmiş Leytenant Şmidt) zavodun İdman klubunda, 1995-ci ildən 2017-ci ilə qədər Bakı şəhər Gənclər və İdman Baş İdarəsində məsul vəzifələrdə çalışan Adil Ağayev istər Azərbaycan gəncliyinin sağlam böyüməsi, yeni nəslin yetişdirilməsi proseslərində, istərsə də respublika səviyyəli idman hərəkatında tədbirlərin, xüsusilə futbol idman növünün təbliği və keçirilməsində əvəzsiz rolu olub.

Adil Ağayevin əziz xatirəsi onun tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi



Xəbər 886 dəfə oxundu.