Millimizin sabiq üzvü Moldova klubu ilə müqavilə imzalayıb
Azərbaycanlı futbolçu Amit Quluzadə karyerasını Moldovada davam etdirəcək.

28 yaşlı yarımmüdafiəçi bu barədə “Facebook”da paylaşım edib. Millimizin sabiq üzvü “Milsami” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu son olaraq 2019-cu ildə Bosniya və Herseqovinanın “Çelik” klubunda oynayıb. O, karyerası ərzində “Neftçi”, “Sumqayıt” və “Qəbələ” klublarının, həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

Xəbər 569 dəfə oxundu.