“Zirə” klubu bir neçə legionerlə vidalaşacaq
Bakının “Zirə” futbol klubu heyətində dəyişikliklər etməyi düşünür.

Rəhbərlik konkret olaraq daha iki legionerlə müqaviləni uzatmamaq qərarına gəlib. Bunlar Miloş Bakraç və Şafik Tiqrudcadır. Hər iki futbolçu cari mövsümün əvvəlindən komandaya cəlb olunub.

Qeyd edək ki, bunadək yunanıstanlı Anastasios Papazoğlu “Zirə”ni tərk edib.

Xəbər 569 dəfə oxundu.