“Sabah” klubu millimizin qapıçısını heyətinə qatıb
Bakının “Sabah” futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Bakı təmsilçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə üçillik müqavilə bağlayıb.

On doqquz yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha əvvəl Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovu heyətinə qatıb.


Xəbər 547 dəfə oxundu.