Görkəmli idman xadimi vəfat edib
Futbol üzrə Ümumittifaq dərəcəli hakim, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” və “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Adil Həbib oğlu Ağayev ömrünün 74-cü ilində dünyasını dəyişib.

Adil Ağayev 1947-ci il mart ayının 24-də Bakı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

1975-1977-ci illərdə Bədən Tərbiyəsi və İdman Komitəsində, 1978-1980 və 1992-1995-ci illərdə Qaradağ Rayon Gənclər və İdman İdarəsində, 1980-1989 –cu illərdə Səttarxan adına (keçmiş Leytenant Şmidt) zavodun İdman klubunda, 1995-ci ildən 2017-ci ilə qədər Bakı şəhər Gənclər və İdman Baş İdarəsində məsul vəzifələrdə çalışan Adil Ağayev istər Azərbaycan gəncliyinin sağlam böyüməsi, yeni nəslin yetişdirilməsi proseslərində, istərsə də respublika səviyyəli idman hərəkatında tədbirlərin, xüsusilə futbol idman növünün təbliği və keçirilməsində əvəzsiz rolu olub.

Görkəmli idman xadimi, futbol mütəxəssisi və səmimi insanın əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbər 687 dəfə oxundu.