“İnter” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
İyunun 28-də futbol üzrə İtaliya A Seriyasının 28-ci turuna “Parma”-“İnter” oyunu ilə yekun vurulub.

“Ennio Tradini” stadionunda baş tutan görüş “İnter” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı qonaqlar 15-ci dəqiqədə açıb. Gervinyo Yuray Kuçkanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Qoldan sonra irəli atılan “İnter” rəqibin qapısı qarşısında bir necə dəfə real qol imkanı yaradıb. Lakin birinci hissənin sonuna kimi hesab dəyişməyib.

Qarşılaşmanın ikinci hissəsinin 69-cu dəqiqəsində qonaqlar azlıqda qalıb. Tommaso Berni birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, matçın 84-cü dəqiqəsində “İnter” hesaba tarazlıq gətirib. Stefan de Vrij adını tabloya yazdırıb.

Görüşün 85-ci dəqiqəsində hakim yenidən əlini qırmızı vərəqə üçün çibinə atıb. Bu dəfə Fabio Mareska meydan sahiblərinin futbolçusu Yuriy Kuçkanı meydandan qovub.

Bərabərlikdən sonra ümidlənən Milan təmsilçisi oyunun əsas vaxtının bitməsinə iki dəqiqə qalmış hesabda önə keçib. Alessandro Bastoni qələbə topun müəllifi olub. Oyun bu hesabla başa çatıb.

Bununla xal ehtiyatını 61-ə çatdıran “İnter” turnir cədvəlində üçüncü, “Parma” isə 39 xalla 8-ci yerdə qərarlaşıb.

Günün digər oyunlarında “Milan” klubu “Roma”nı (2:0), “Napoli” SPAL-ı (3:1), “Bolonya” “Sampdoriya”nı (2:1), “Atalanta” isə “Udineze”ni (3:2) məğlub edib. “Sassuolo” - “Verona” oyununda qalib müəyyənləşməyib (3:3).


Xəbər 767 dəfə oxundu.