Avro-2012: İlkay Gündoğan yarımfinal görməyəcək
Almaniya yığmasının üzvü, türk əslli futbolçu İlkay Gündoğan, yarımfinal matçı öncəsi məşqdə zədə alıb. İdman.com.az saytının məlumatına görə, Dortmund «Borussiya»sının 21 yaşlı oyunçusu sol ayağını zədələyib və məşqi yarımçıq dayandırıb.

İlkin müayinəni edən həkimlər İlkay üçün «Sınıq yoxdu, sadəcə burxulma var» deyə diaqnoz veriblər. Bununla yanaşı həkimlər onun yarımfinal oyununadək meydana çıxmağa hazır olmayacağını bildiriblər.

Xəbər 1920 dəfə oxundu.