Triatlonçumuz beynəlxalq reytinq cədvəlində 2 pillə irəliləyib
Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.

Xəbər 528 dəfə oxundu.