İtaliya A Seriyası: “Milan” öz meydanında “Roma”ya 2:0 hesabı ilə qalib gəlib
İtaliya A Seriyasında 28-ci turun mərkəzi qarşılaşması keçirilib.

“San-Siro” stadionunda “Milan” klubu ”Roma” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun birinci hissəsində hesab açılmasa da, azarkeşlər fasilədən sonra iki qol görüblər. Matçın 76-ci dəqiqəsində Ante Rebiç hesabı açıb. Bundan 12 dəqiqə sonra “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Hakan Çalhanoğlu 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

İtaliya A Seriyasında ardıcıl ikinci qələbəsini qazanan “Milan” xal ehtiyatını 42-yə çatdıraraq turnir cədvəlində 7-ci yerini qoruyub saxlayıb. “Roma” isə 48 xalla 5-ci yerdədir.

Növbəti turda “Milan” səfərdə SPAL klubunun qonağı olacaq, “Roma” isə öz meydanında “Udineze”ni qəbul edəcək.

AZƏRTAC

Xəbər 557 dəfə oxundu.