Bu gün qadın şahmatçılar arasında Qran-Pri turnirinin birinci mərhələsinin final yarışları keçiriləcək
Bu gün Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Womens Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin final yarışları keçiriləcək.

Həlledici mərhələdə Rusiya şahmatçısı Valentina Qunina Anna Uşenina (Ukrayna) ilə mübarizə aparacaq.

Qeyd edək ki, yarımfinalda A.Uşenina V.Rameşbabunu (Hindistan) 5,5:4,5, V.Qunina həmyerlisi Anna Kostenyuku 8:3 hesabla məğlub edərək finala yüksəliblər.

Xatırladaq ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.


Xəbər 584 dəfə oxundu.