Türkiyə Superliqası: “Trabzonspor” ardıcıl ikinci dəfə xal itirib
Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Ankaragücü”nü qəbul edib.

Maraqlı keçən qarşılaşmada hesabı 3-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot açıb. Matçın 63-cü dəqiqəsində qonaqların futbolçusu Gerson Rodrigez vurduğu qolla hesaba tarazlıq gətirib - 1:1. Beləliklə, “Trabzonspor” Superliqada ardıcıl ikinci dəfə xal itirib.

Qeyd edək ki, Trabzon təmsilçiləri ötən turda “Alanyaspor”la 2:2 hesabı ilə heç-heçə edib.

Günün digər matçlarında “Göztəpə” – “Alanyaspor” komandaları hər biri üç qol vuraraq oyunu bərabərə yekunlaşdırıblar. “Fənərbağça” isə doğma meydanda “Yeni Malatyaspor”u 3:2 hesabı ilə məğlub edib.

Xəbər 599 dəfə oxundu.