Türkiyə Superliqası: “Fənərbağça” son dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb
Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” “Yeni Malatyaspor”u qəbul edib.

Maraqlı keçən qarşılaşmada hesabı 70-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vedat Muruqi açıb. Matçın 81 və 89-cu dəqiqələrində qonaqların futbolçuları Yousif Ndayişimiye və Mitçel Donald vurduğu qollarla komandalarını hesabda irəli keçiriblər - 1:2. Lakin İstanbul təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan görüşün 91 və 96-cı dəqiqələrində iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb. Beləliklə, “Fənərbağça” Ozan Tufanın son dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.
Günün digər matçlarında “Göztəpə” – “Alanyaspor” və “Trabzonspor” – “Ankaragücü” komandaları üz-üzə gələcəklər.
Bundan əlavə, turda iyunun 28-də “Rizəspor” – “Dənizlispor”, “Sivasspor” – “Kayserispor”, “Qaziantep” – “Antalyaspor”, “Başakşəhər” – “Qalatasaray” komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da “Gənclərbirliyi” – “Kasımpaşa” görüşü ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 57 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər 714 dəfə oxundu.