Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 1 pillə geriləyib
FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb.

Hesabında 1321 xal olan Azərbaycan millisi 1 pillə geriləyərək 76-cı sırada qərarlaşıb.

Reytinq cədvəlinə 2181 xalla ABŞ millisi başçılıq edir. Almaniya (2090 xal) ikinci, Fransa (2036) isə üçüncü olublar.

Xəbər 698 dəfə oxundu.