BOK və BMT post-pandemiya dövründə idmanın və Olimpiya hərəkatının inkişafını müzakirə ediblər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və qurumun nümayəndəsi Danka Bartekova BMT ilə birgə keçirilən videokonfransda iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə keçirilən videokonfransda bir sıra mühüm məsələlər müzakirə olunub. Konfrans iştirakçıları mövcud vəziyyət, post-pandemiya dövründə idman və Olimpiya hərəkatının inkişafı istiqamətlərindən danışıblar. Toplantıda səsləndirilən təkliflər BMT-nin 75 illik yubileyi münasibətilə cari ilin sentyabrında keçiriləcək Baş Assambleyanın iclasında dünya liderlərinə təqdim ediləcək.

Konfrans iştirakçıları koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrin məhz mədəniyyət, idman və turizm olduğunu diqqətə çatdırıblar.

BMT-nin Cenevrə nümayəndəliyinin baş direktoru Tatyana Valovaya qeyd edib ki, pandemiya səbəbindən nəhəng idman tədbirləri ləğv olunub. Dünyanın idman ictimaiyyəti bu il səbirsizliklə “Tokio-2020” Yay Olimpiya Oyunlarını gözlədiyi halda, yarışlar təxirə salındı.

Konfrans müzakirələrlə davam edib.

Xəbər 422 dəfə oxundu.