Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunacaq
Futbol üzrə Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunacaq.

Qazaxıstan Peşəkar Futbol Liqası tərəfindən çempionatın bərpası üçün təlimat hazırlanıb. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq.

Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.

Xəbər 613 dəfə oxundu.