Novak Cokoviçin məşqçisi Qoran İvanişeviç koronavirusa yoluxub
Novak Cokoviçin məşqçisi, sabiq xorvatiyalı tennisçi Qoran İvanişeviç koronavirusa yoluxub.

Serbiyalı raketka ustasının testi müsbət nəticələndikdən sonra Q.İvanişeviç də yoxlamadan keçib və onun da infeksiyaya yoluxduğu müəyyənləşib.

Q.İvanişeviç özünün “Instagram” səhifəsində yazıb: “On gün ərzində 2 dəfə testim neqativ çıxsa da, 3-cü yoxlamada məlum oldu ki, koronavirusa yoluxmuşam. Bu günə qədər təmasda olduğum insanlara xəbərdarlıq etmək istəyirəm. Xahiş edirəm, hamınız yaxınlarınızın qeydinə qalın. Mən özümü cəmiyyətdən təcrid edəcəyəm. Bütün xəstələrin tezliklə sağalmasını arzulayıram!”


Xəbər 604 dəfə oxundu.