Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarının yeni təqvimi müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə keçirəcəyi oyunların yeni təqvimi müəyyənləşib.

C Liqasının birinci qrupunda yer alan komandamız mübarizəyə sentyabrın 5-də doğma meydanda Lüksemburqu qəbul etməsi ilə başlayacaq. Üç gün sonra futbolçularımız səfərdə Kipr komandasının qonağı olacaqlar.

Oktyabrın 10-da Monteneqro millisi yığmamızı qəbul edəcək. Üç gün sonra milli komandamız Kipr, noyabrın 14-də Monteneqro ilə Bakıda üz-üzə gələcək. Noyabrın 17-də Azərbaycan–Monteneqro oyunu keçiriləcək.

Xəbər 627 dəfə oxundu.