Rusiya və Ukrayna qadın şahmatçıları Qran-Pri turnirinin finalına vəsiqə qazanıblar
Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Womens Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin yarımfinal yarışları keçirilib.

Yarışda rusiya şahmatçıları Aleksandra Kostenyuk Anna Uşenina (Ukrayna), Valentina Qunina Vayşali Rameşbabu (Hindistan) ilə mübarizə aparıblar.

A.Uşenina V.Rameşbabunu 5,5:4,5, V.Qunina A.Kostenyuku 8:3 hesabla məğlub ediblər. Həlledici mərhələdə Rusiyalı şahmatçı Ukrayna təmsilçisi ilə mübarizə aparacaq. Final görüşləri iyunun 28-də keçiriləcək.

Qeyd edək ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.

Xəbər 591 dəfə oxundu.