Boks üzrə gənclər arasında dünya çempionatı təxirə salınıb
Boks üzrə gənclər arasındakı dünya çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb.

Bu barədə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytında məlumat verilib.

Belə ki, bu il noyabrın 2-dən 9-dək Polşanın Keltse şəhərində təşkili planlaşdırılan turnir 2021-ci ilin aprelin 10-dan 24-dək də keçiriləcək.

Xəbər 692 dəfə oxundu.