“Azərreyl” klubu İspaniya millisinin voleybolçusu ilə müqavilə imzalayıb
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçunu transfer edib.

Bakı təmsilçisi İspaniya milli komandasının şərəfini qoruyan Anna Nyusomu heyətinə qatıb. İyirmi üç yaşlı toppaylayıcı ilə bir illik müqavilə imzalanıb.

“Barselona”nın yetirməsi olan voleybolçu ilk peşəkar müqaviləsini də bu komanda ilə bağlayıb.

Qeyd edək ki, Bakı klubu Nyusomdan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb. Klub slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə isə bir illik müqavilə imzalayıb.

Xəbər 483 dəfə oxundu.