UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb
UEFA Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların adları ilə bağlı AFFA İcraiyyə Komitəsinin qərarına ilk təsdiq cavabı verib.

Avropa futbol qurumuna göndərilmiş qərara verilən cavab artıq milli assosiasiyaya daxil olub. Həmin sənədə əsasən, Azərbaycanı UEFA Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları təmsil edəcək.

Bu komandaların qitənin klub turnirlərində iştirakı ilə bağlı yekun qərar klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.


Xəbər 636 dəfə oxundu.