On beş yaşlı futbolçu La Liqada 81 illik rekordu qırıb
İspaniyanın “Malyorka” klubunun futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.

2004-ci il təvəllüdlü yarımmüdafiəçi İspaniya çempionatında meydana çıxan ən gənc oyunçu kimi rekord müəyyənləşdirib. Romero XXXI turda “Real Madrid”ə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub. Meksikalı futbolçu 15 yaş 219-cu günündə La Liqa matçında iştirak edib.
Qeyd edək ki, əvvəlki rekord “Selta”nın sabiq futbolçusu Sansona məxsus olub. İspaniyalı müdafiəçi 1939-cu il dekabrın 31-də “Sevilya”nı 4:1 hesabı ilə yendikləri qarşılaşmada 15 yaş 255 günündə debüt edib.

Xəbər 636 dəfə oxundu.