“Mura” klubu ikinci dəfə Sloveniya kubokunun qalibi olub
Futbol üzrə Sloveniya kubokunun qalibi bəlli olub.

Final qarşılaşmasında “Nafta” ilə “Mura” klubları qarşılaşıblar. İki cavabsız qolla qalib gələn “Mura” Sloveniya kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, sözügedən komanda tarixində ikinci dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Xəbər 638 dəfə oxundu.