“Sabah” klubu iki legionerlə danışıq aparır
“Sabah” klubu heyətini gücləndirmək üçün bir sıra futbolçularla danışıqlar aparır. Masazır təmsilçisi minimum iki yeni legioner transfer edəcək.

Həmin legionerlərin adları açıqlanmasa da, Avropa klublarından olacağı dəqiqləşib. Yaxın günlərdə futbolçularla danışıqların yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, “Sabah” artıq 3 yerli futbolçu ilə anlaşsa da, hələ ki, legioner transfer etməyib.

Xəbər 618 dəfə oxundu.