UEFA Gənclər Liqasının təqvimini açıqlayıb
Martda koronavirus pandemiyasına görə dayandırılan Gənclər Liqasının təqvimi açıqlanıb.

UEFA turnirin qalan oyunlarının avqustun 16-dan 25-dək İsveçrənin Nyon şəhərində keçiriləcəyini açıqlayıb.

Turnirin səkkizdəbir final mərhələsi çərçivəsində “İnter” (İtaliya) – “Renn” (Fransa) və “Yuventus” (İtaliya) – “Real Madrid” cavab görüşləri pandemiyaya görə təxirə salınmışdı.

Xəbər 614 dəfə oxundu.