Qılıncoynadanlarımız Dünya Kuboku yarışlarında iştirak ediblər | |
Çikaqoda qılıncoynatma üzrə Dünya Kuboku yarışları keçirilib. Azərbaycanın Sevil və Sevinc Bünyadovalar, Aida Ələsgərova, Səbinə Mikinadan ibarət qadın yığması komanda turnirində ABŞ yığmasına 37:45 hesabı ilə məğlub olub, sonra Ukrayna komandasına 45:43 hesabı ilə qalib gəlib. Final oyununda Fransa yığmasına məğlub olan komandamız 6-cı yeri tutub. Şəxsi turnirdə 30-cu yeri tutan Sevil Bünyadova fərqlənib. Səbinə Mikina 35-ci, Aida Ələsgərova 48-ci, Sevinc Bünyadova 76-cı yerlərə sahib olublar. |
|
Xəbər 1994 dəfə oxundu. |
|
|