“Slaviya” ardıcıl ikinci dəfə Çexiya çempionu olub
Futbol üzrə Çexiya çempionatının qalibi müəyyənləşib.

Praqanın “Slaviya” klubu Çexiya çempionu adını qazanıb. Bu, ikinci mərhələnin II turunda reallaşıb. Plzen “Viktoriya”sını 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 32 oyundan sonra xal hesabını 78-ə çatdırıb. Yindrjix Trpişovskinin yetirmələri sona üç tur qalmış “Viktoriya”nı 9 xal qabaqlayıblar. Plzenlilər liderə çatmaq imkanına malik olsa da, şəxsi oyunlardakı üstünlük “Slaviya”nın çempionluğu üçün yetərli olub.

Qeyd edək ki, ardıcıl ikinci çempionluğunu qazanan “Slaviya” 22 dəfə Çexoslovakiyada, 6 dəfə isə Çexiyada ən yaxşı adını qazanıb.

Xəbər 604 dəfə oxundu.