“Keşlə” yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
Bakının “Keşlə” futbol klubu yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb.

32 yaşlı futbolçu növbəti mövsüm də Bakı təmsilçisinin şərəfini qoruyacaq.

C.Kamara 2019-cu ilin yanvarından “Keşlə”nin şərəfini qoruyur.

Qeyd edək ki, UEFA Avropa Liqasında mübarizə aparacaq “Keşlə” daha öncə Tural Axundov və Şəhriyar Əliyevi transfer edib. Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov və Miyuşko Boyoviç ilə müqavilə yenilənib.

Xəbər 598 dəfə oxundu.