Kiberfutbol üzrə açıq Bakı çempionatına qeydiyyat başlayıb
“FIFA20” oyunu üzrə Bakı şəhər açıq birinciliyi üçün iştirakçıların qeydiyyatı prosesinə start verilib.

Turnir Azərbaycan Kiberidman Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Gaming League Azerbaijan”ın dəstəyi ilə iyulda “PlayStation4” platformasında onlayn keçiriləcək.

Baş İdarədən Azsport.az saytına bildiriblər ki, yarışda 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Turnirdə iştirak ödənişsizdir.

Xəbər 717 dəfə oxundu.