“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə” klublarının formasını geyinib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini transfer edib.

Xəbər 691 dəfə oxundu.