Bu gün qadın şahmatçılar Qran-Prinin birinci mərhələsinin dörddəbir finalında mübarizəyə başlayacaqlar
İyunun 25-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Women`s Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin dörddəbir final yarışları start götürəcək.

Dörddəbir finalda Yekaterina Laqno, Aleksandra Kostenyuk, Valentina Qunina (Rusiya), Anna Uşenina (Ukrayna), Ju Venjun (Çin), Nqyen Vam (Vyetnam), Vayşali Rameşbabu (Hindistan), Turmunx Munxzul (Monqolustan) mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də Qran-Prinin birinci mərhələsində iştirak etdiyinə baxmayaraq, dörddəbir finala vəsiqə qazana bilməyib.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

Xəbər 709 dəfə oxundu.