“Ankaragücü” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib
Türkiyənin “Ankaragücü” futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Paytaxt təmsilçisini bundan sonra İbrahim Üzülməz çalışdıracaq.

Onun müqavilə müddəti və digər detallar barədə məlumat verilmir.

“Ankaragücü” bir neçə gün əvvəl baş məşqçisi Mustafa Reşit Akçayı “Trabzonspor”la bağlı açıqlamasına görə vəzifəsindən uzaqlaşdırmışdı. İbrahim Üzülməz isə iyunun 23-də “Bursaspor”dan ayrılıb. “Ankaragücü” hazırda 24 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

AZƏRTAC

Xəbər 574 dəfə oxundu.