MBA-da daha bir basketbolçu koronavirusa yoluxub
“İndiana Peysüeers” basketbol klubunun oyun qurucusu Malkolm Broqdon koronavirusa yoluxub. Amma bu MBA-da mövsümün bərpasına mane olmayacaq.

Liqanın rəhbəri Adam Silver buna qədər mətbuata açıqlamasında bir neçə oyunçunun yoluxmasına görə çempionatı dayandırmayacaqlarını açıqlamışdı. Silver hətta bir neçə basketbolçunun infeksiya daşıyıcısı ola biləcəyini və bunu gözlədilklərini də vurğalayıb.

MBA-da mövsüm iyulun 30-da Orlando şəhərində bərpa ediləcək.

Qeyd edək ki, daha əvvəl "Denver Naqqets"in üzvü Nikol Yokiç və "Finiks Sanz"ın 4 oyunçusunda koronavirus aşkarlanıb.

Xəbər 627 dəfə oxundu.