Qadınlar arasında Qran-Pri turnirinin birinci mərhələsində şahmatçımız məğlub olub
İyunun 24-də qadınlar arasında Qran-Pri turnirinin birinci mərhələsi start götürüb.

Şahmatçımız Günay Məmmədzadə Rusiya təmsilçisi Aleksandra Kostenyukla mübarizədə məğlub olub. Təmsilçimiz Qran-Pri turnirinin daha iki mərhələsində iştirak edəcək.

Qeyd edək ki, Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 563 dəfə oxundu.