"Keşlə" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb
Bakının "Keşlə" futbol klubu yeni mövsüm üçün ikinci transferini həyata keçirib.

27 yaşlı müdafiəçi Şəhriyar Əliyev yeni mövsümdə komandanın şərəfini qoruyacaq.

"Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış futbolçunun son klubu "Sumqayıt" olub.

Qeyd edək ki, Bakı təmsilçisi daha öncə Tural Axundovu transfer etmişdi.

Xəbər 602 dəfə oxundu.