Milli Hokkey Liqasının oyunçuları komanda şəklində məşqlərə başlayıblar
Milli Hokkey Liqasının (MHL) oyunçuları komanda şəklində məşqlərə başlayıblar. İyunun 8-dən hokkeyçilər 6 nəfərdən ibarət qruplarla məşq keçirdilərsə, artıq 12 idmançı bir yerdə məşq edə bilir.

İyunun 10-da təlim-məşq toplanışına qatılan oyunçular müəyyən problemlərlə üzləşiblər. Belə ki, həmin gün MHL-in 11 oyunçusunda koronavirus aşkar edilib.

Digər liqalarda olduğu kimi MHL-də də mövsüm pandemiyaya görə yarımçıq dayandırılmışdı.

Mövsümün bərpasından sonra isə Stenli Kubokunda 24 komanda çıxış edəcək. Müntəzəm çempionatdakı nəticələrə əsasən “Ottava Senators”, “Detroyt Red Vinqs”, “Baffalo Seybrz”, “Nyu Cersi Devils”, “Los Anceles Kinqs”, “San Xose Şarks” və “Anahaym Daks” titul uğrunda mübarizə apara bilməyəcək.

Xəbər 633 dəfə oxundu.