Millimizin üzvü Belçika klubu ilə birillik müqavilə imzalayıb
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borges karyerasını Belçikanın “Halle Gooik” klubunda davam etdirəcək.

Son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb. O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.

Xəbər 513 dəfə oxundu.