“Neftçi” yeni legionerlər transfer edəcək
Bəzi oyunçularla yollarını ayıran “Neftçi” yeni transferlər etməyə hazırlaşır. Bakı klubu bir neçə legioner ilə ilkin razılıq əldə edib.

Braziliyalı Tailsonla anlaşan “flaqman” daha 4 legioner futbolçunun yolunu gözləyir. Həmin legionerlərin yaxın günlərdə ölkəmizə gələcəyi gözlənilir.

Qeyd edək ki, “Neftçi” Tural Axundov, Soni Mustivar, Vangelis Platellasla başa çatan müqavilələri uzatmayıb. Həmçinin Baqali Dabo və Dario Frederikonun da komandadan gedəcəyi gözlənilir.

Xəbər 593 dəfə oxundu.