MBA-nın daha 4 oyunçusunda koronavirus infeksiyası aşkar edilib
Milli Basketbol Assosiasiyasının (MBA) komandalarından birində 4 oyunçuda koronavirus infeksiyası aşkar edilib.

Bu barədə “Twitter”dəki səhifəsində ESPN televiziya kanalının jurnalisti Edrian Voynarovski məlumat verib.

MBA-da koronavirusa ilk yoluxan basketbolçu “Yuta Caz” klubunun oyunçusu Rudi Qober olub. Məhz onun xəstələnməsindən sonra liqa rəhbərliyi çempionatı dayandırmağı qərara alıb. Qoberin ardınca onun komanda yoldaşı Donovan Mitçell də eyni problemlə üzləşib.

İyulun 30-da bərpa ediləcək MBA mövsümünün startına hazırlıq gedir. Müntəzəm çempionatın avqustun 14-dək davam edəcəyi planlaşdırılır.

Xəbər 760 dəfə oxundu.