Şahmatçımız Qran-Pri turnirinin birinci mərhələsində mübarizə aparacaq
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Womens Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin birinci mərhələsi keçiriləcək.

Qadınlar arasında iyunun 24-dən 28-dək keçiriləcək Qran-Prinin birinci mərhələsində 16 şahmatçı mübarizə aparacaq. Azərbaycan şahmatçısı Günay Məmmədzadənin ilk rəqibi rusiyalı Aleksandra Kostenyuk olacaq.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 561 dəfə oxundu.