“Yuventus” klubu ciddi itki ilə üzləşib
İtaliyanın “Yuventus” futbol klubu ciddi itki ilə üzləşib.

Mattia De Şilio sol ayağından zədə alıb.

İtaliyalı müdafiəçi A Seriyasının XXVII turunda “Bolonya” ilə keçirilən matçda (2:0) zədələnib. Müdafiəçinin bir neçə həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, De Şilio cari mövsümdə A Seriyasında 13 oyunda meydana çıxıb.

Xəbər 501 dəfə oxundu.