Formula 1 şirkəti yeni təşəbbüslə çıxış edib
Formula 1 şirkəti “We Race As One” layihəsi çərçivəsində yeni təşəbbüslə çıxış edib.

Cari mövsümün hər yürüşündən sonra finiş bayrağı hissələrə bölünərək satışa çıxarılacaq. Satışdan əldə olunan gəlir layihə çərçivəsində xeyriyyə məqsədləri üçün istifadə olunacaq.

Avstriyada keçiriləcək mövsümün birinci yarışının bayrağı artıq satışa çıxarılıb. Bayrağın bir hissəsi 199,99 funt sterlinqə satılır. Alıcılar bayrağın hissələrinin rəngini seçə bilməyəcəklər.

Qeyd edək ki, 2020-ci ilin birinci yarışı iyulun 5-də Avstriyada “Red Bull Ring” avtodromunda keçiriləcək.

Xəbər 532 dəfə oxundu.