CIES: Futbol üzrə Azərbaycan Premyer Liqası ikinci olub
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyada futbol üzrə ən gənc baş məşqçilərə sahib ölkələrin siyahısını açıqlayıb.

CIES araşdırmanı 79 ölkənin 110 liqası üzərində aparıb.

Siyahıya əsasən Azərbaycan Premyer Liqasındakı mütəxəssislərin orta yaş həddi 42,2-dir. Bu göstərici ilə Azərbaycan çempionatı ikinci olub.

Araşdırma nəticəsində Estoniya çempionatı birinci olub. Bu ölkədə məşqçilərin orta yaş həddi 40,97-ə bərabərdir. İlk üçlüyü Farer adaları tamamlayır - 42,33 yaş.


Xəbər 494 dəfə oxundu.