UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib
UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar iclas videokonfrans formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, həmin komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

Xəbər 781 dəfə oxundu.