Onlayn formatda keçirilən şahmat turnirinin bütün iştirakçıları məlum olub
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Womens Speed Chess Championship” turnirinin Qran-Pri mərhələsinin bütün iştirakçıları məlum olub.

Qadınlar arasında keçirilən Qran-Pridə Azərbaycan şahmatçısı Günay Məmmədzadə ilə yanaşı, Hou Yifan, Venjun Ju, Kayoy Nin (Çin), Humpi Koneru, Harika Dronavali, Vayşali Rameşbabu (Hindistan), Yekaterina Laqno, Aleksandra Kostenyuk, Olqa Qirya, Valentina Qunina (Rusiya), Anna Muzıçuk, Anna Uşenina (Ukrayna), İrina Kruş, Tatev Abrahamyan (ABŞ), Bibisara Asyabayeva, Jansaya Abdulmalik (Qazaxıstan), Nqyen Vam (Vyetnam), Deysi Kori (Peru), Turmunx Munxzul (Monqolustan) və Sarasadat Hademalşarieh (İran) də mübarizə aparacaqlar.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Ən çox xal toplayan iki şahmatçı superfinala vəsiqə qazanacaq. Superfinal iyulun 20-də baş tutacaq.


Xəbər 542 dəfə oxundu.