Formula 1 yeni təşəbbüsə başlayıb
Formula 1 şirkəti 2020-ci il mövsümü ərəfəsində idmanın və beynəlxalq ictimaiyyətin üzləşdiyi ciddi problemlərə, xüsusilə COVID-19-a qarşı mübarizənin və irqçiliyin və bərabərsizliyin qınanmasına yönəlmiş #WeRaceAsOne təşəbbüsünə başlayıb.

İyulun 3-5-də Avstriyada keçiriləcək yarış həftəsonu ərzində Formula 1 komandaları və tərəfdaşları avtomobillərində göy qurşağı görüntüsü olan əsas işçilərə və şəxslərə təşəkkür edəcəklər.

Qurumun mətbuat xidmətindən verilən rəsmi açıqlamada göy qurşağının son böhran dövründə beynəlxalq birləşmənin simvolu olduğu bildirilib. Vurğulanıb ki, Şpilberqdə Formula 1 irqçiliyə qarşı mübarizəni dəstəkləyən tədbirlər keçirəcək. Keçiriləcək tədbirlərin təfərrüatları bu həftə ərzində açıqlanacaq.

Eyni zamanda, layihənin bir həftəsonu və ya hətta bir mövsüm üçün nəzərdə tutulmadığı, onun davam etdiriləcəyi bildirilib.

Xəbər 628 dəfə oxundu.