BƏƏ-də keçiriləcək karate üzrə 25-ci dünya çempionatı təxirə salınıb | |
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ilin noyabrında təşkili planlaşdırılan karate üzrə 25-ci dünya çempionatı təxirə salınıb. Bu barədə Dünya Karate Federasiyası qərar çıxarıb. Xatırladaq ki, dünya çempionatı 2020-ci ilin noyabrın 16-dan 21-dək keçiriləcəkdi. Qeyd edək ki, Azərbaycan karateçiləri 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə keçirilmiş 24-cü dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər. |
|
Xəbər 646 dəfə oxundu. |
|
|