“Women`s Speed Chess Championship” turnirinin Qran-Pri mərhələsinin daha iki finalçısı məlum olub
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Women`s Speed Chess Championship” turnirinin beşinci seçmə mərhələsinə yekun vurulub.

Peru şahmatçısı Deysi Kori və hindistanlı zəka ustası Rameşbabu Vayşali Qran-Pri mərhələsinin finalına vəsiqə qazanıblar.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə də Qran-Pri mərhələsinin finalında çıxış edəcək.

İyunun 24-də keçiriləcək finalda 21 şahmatçı mübarizə aparacaq.

Xəbər 566 dəfə oxundu.