“Keşlə” klubu müdafiəçi Tural Axundovu transfer edib
Paytaxtın “Keşlə” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ilk transferini reallaşdırıb.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, komandamız müdafiəçi Tural Axundov ilə müqavilə imzalayıb.

Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” klublarında çıxış edən 32 yaşlı futbolçunun sonuncu klubu “Neftçi” olub.

Topaz Premyer Liqasının 2019-2020-ci il mövsümündə 20 turdan sonra 30 xal toplayan “Keşlə” klubu çempionatı üçüncü pillədə başa vurub.

Xəbər 592 dəfə oxundu.