“Chessable Masters” turnirinin A qrupunda dörddəbir finalçılar məlum olub
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində A qrupunun növbəti 5 turunun oyunları keçirilib.

5 oyunda 6 xal toplayan Maqnus Karlsen və rusiyalı Vladislav Artemiyev ikinci dövrəni lider kimi başa vurublar. Amerikalı Hikaru Nakamura, rusiyalı şahmatçılar Aleksandr Qrişuk və Daniel Dubov 5 xal, hindistanlı Pentala Harikrişna 3 xal toplayıblar. İlk dörd yerdə qərarlaşan şahmatçılar dörddəbir finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin B qrupunda mübarizə aparır. Şahmatçımız artıq qrupun ilk dövrəsinin oyunlarında iştirak edib. Onun aktivində 1,5 xal var.

Xəbər 580 dəfə oxundu.